"Ürəyimdə deyirdim ki, biz buna nə qədər dözməliyik?" - Dövlət başçısı

"Mən bilirəm ki, “Qarabağ” klubu, rəhbərlik, məşqçilər, həmişə özlərini çox ləyaqətlə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi hay-haray salmırlar, qalmaqal yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdir edirəm".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib.
"Güclü insan həmişə özünü nizamlı aparır, həmişə gücünü lazım olan halda işə salır və bunu mən alqışlayıram. Ancaq o demək deyil ki, hər dəfə bizə qarşı belə biabırçı hadisə baş versin. Ona görə əminəm Avropa futbol ailəsində qəbul edilmiş qaydalar əsasında lazımi hüquqi addımlar atılmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın.
Bununla paralel olaraq onu da deməliyəm ki, nə üçün mən buna bu qədər fikir verirəm. Bilin, hər bir Azərbaycan vətəndaşı kimi, o biabırçı halı görəndə mənim də ürəyim ağrıyır. Mən də ürəyimdə deyirdim, biz buna nə qədər dözməliyik? Nə vaxta qədər bu, davam edəcək. Biz hamımız yaxşı başa düşürük ki, bu, elə-belə hadisə deyil. Ya təlimatlanmış hakim bunu edir, ya da ki, özü hansısa fikirlər və duyğular əsasında bunu edir. Bunun başqa adı ola bilməz. Bunu görməmək mümkün deyil. Eyni zamanda, bu, bizi ruhdan salmamalıdır", - Prezident vurğulayıb.
"Unikal"
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR












