"Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı konfrans keçirildi - FOTO

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, “Liatris Holding”, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi , Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AVTO FM Radiosunun birgə dəstəyi və təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfrans keçirib.
Avtosfer.az xəbər verir ki, konfransda müvafiq dövlət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, millət vəkilləri və QHT rəhbərləri uşaqların yol qəzalarının qurbanı olmasına diqqəti çəkib, yol hərəkətinin iştirakçıları olan uşaqların təhlükəsizlyinin qorunmasının vacibliyini vurğulayıb, bunun üçün görülməsi vacib olan təbdirlər barədə danışıblar.
Konfransa həmçinin uşaqların hüquqülarının qorunması zərurətindən irəli gələn yol hərəkəti təhlükəsizliyi ilə bağlı təçkilatçı qurumların dəstəyi ilə keçirilən kampaniyaya yekun vurulub.
Kampaniya çərçivəsində paytaxtda 500-dən artıq uşaq və valideynlərlə maarifləndirmə işi aparılıb, təbliğat xarakterli materiallar və hədiyyələr təqdim edilib. Təşkilatçılar bu sahədə maarifləndirmə işlərinin daha da yaxşılaşdırılması üçün görülən və görüləcək işlər barədə hesabat xarakterli çıxışlar ediblər.
Çıxışlarda 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunulub, azyaşlı və yeniyetmələrin yol qəzalarının qurbanı olmaması üçün görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi



















