Uşaqların müdafiəsi üçün təhlükəsiz davranış modelini tətbiq etmək lazımdır - Ərşad Hüseynov - VİDEO

Hüquqşünas Ərşad Hüseynov uşaqların müdafiəsi istiqamətində bir sıra məsələlərə toxunub və mövcud problemin həlli yollarından danışıb.
Avtosfer.az xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüylə bağlı Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində keçirilən tədbirdə hüquqşünas Ərşad Hüseynov da çıxış edib. İlk olaraq bayram münasibətilə uşaqları təbrik edən hüqquşünas mövzunun aktual və həssas olduğunu vurğulayaraq, çıxışlar zamanı diqqətini cəlb edən hissənin baş vermiş hadisədən sonrakı məqam - azyaşlıların ölümü, xəsarət alması, aldıqları travmalar olduğunu qeyd edib. O, çıxışı zamanı bu istiqamətdə baş vermiş bədbəxt hadisələrin diqqətimizi daha çox uşaqların müdafiəsinə və müasir dünyada icra edilməsi labüd olan təhlükəsiz davranış modelinin tətbiqinə yönəltməyimizə çağırıb. Başlıca mübarizə üsulu kimi isə o, uşaqlara düzgün olan davranış qaydalarının aşılanmasını bildirib. Həmçinin, Ərşad Hüseynov qeyd etdiyi tətbiq metodunu həyata keçirmə üsulunu da söyləyib. Onun sözlərinə görə, düzgün davranış qaydalarının uşaqlara öyrədilməsinin asan və təsirli vasitəsi nümunələr üzərindən hərəkət etməkdir.
Nərmin
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi












