Vahid Əhmədov: “Strateji sahələrin özəlləşdirilməsinə getmək olmaz”

Azərbaycanda son günlərin gündəm mövzularından biri də dövlət şirkətlərinin alternativ maliyyə mənbələri hesabına maliyyələşdirilməsidir. Bunlardan biri yerli banklar hesabına sərfəli şərtlərlə ucuz kreditlərin cəlb edilməsidir. Digər və daha çox üzərində dayanılan alternativ isə dövlət şirkətlərinin özəlləşdirilməsidir.
Bəs, Azərbaycanda dövlət şirkətlərinin özəlləşdirilməsi nə dərəcədə realdır və bu addımın hansı təsirləri ola bilər?
“Az əhəmiyyətli təşkilatlar özəlləşdirilməlidir”
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov “MediaPost”a bildirib ki, dövlət şirkətlərinin özəlləşdirilməsi çoxdan müzakirə mövzusudur: “Büdcədən hansısa şirkətə kifayət qədər vəsait ayrılır, ona zəmanətlə kreditlər verilir, amma bu vəsaitin effektivliyi olmur. Bu şirkətlərin özəlləşdirilməsi hazırda daha məqsədəuyğundur. Belə ki, bu zaman şirkətlər özləri kreditlər götürə, buna görə öhdəlik daşıya və dövlət büdcəsindən asılı olmaya bilər”.
V.Əhmədov hesab edir ki, dövlət üçün əhəmiyyətli sahələri saxlanmaqla büdcədən maliyyələşən az əhəmiyyətli sahələri özəlləşdirməyə çıxarmaq olar: “Azərbaycanda şirkətlərdə, nazirliklərdə müəyyən sahələr var ki, özəlləşdirilməlidir. Bu təşkilatların niyə dövlətdən vəsait alması, dövlətin nəzarətində olmasına aydınlıq gətirilməlidir”.
“Dövlət təşkilatlarının özəlləşdirilməsi İnvestisiya Holdinqinin səlahiyyətlərindən asılı olacaq”
Millət vəkili hesab edir ki, dövlət qurumlarının özəlləşməsi həmin təşkilatlarda gedən struktur dəyişikliklərindən asılı olacaq: “Hansı struktur dəyişikliklərinə gediləcəyi, İnvestisiya Holdinqinə səlahiyyətləri daxilində veriləcək imkanlardan asılı olacaq”.
“Müəssisə özəlləşdirilərsə, işçiləri ixtisar etməsi qadağandır”
V.Əhmədov özəlləşmənin özü ilə gətirəcəyi mənfi tendensiyalardan biri kimi işçilərin kütləvi ixtisarı məsələsinə də toxunub. O, bildirib ki, istənilən özəlləşmə prosesində ixtisarlara gedilir, lakin bu halların maksimum az olmasına diqqət yetirilməlidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna əsasən müəssisənin özəlləşdirmə planı təsdiq edildiyi andan əmək kollektivinin strukturunun və ştat cədvəlinin dəyişdirilməsi, işçilərin ixtisarı qadağandır: “Müəyyən müddətdə, yəni 3-5 il ərzində özəlləşən müəssisələr profilinə uyğun olaraq fəaliyyətini davam etdirməli və işçilərini saxlamalıdır. Bizdə təəssüf ki, buna əməl etmirlər”.
V.Əhmədov qeyd edib ki, strateji sahələrin özəlləşdirilməsinə getmək olmaz: “Elə sahələr var ki, dövlətin nəzarətində olmalıdır. Məsələn, dəmiryolunu bu strateji sahələrə aid etmək olar. Ona görə də, bu sahədə özəlləşdirilmə məsələsinə ehtiyatla yanaşmaq lazımdır”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












