Valideyn var ki, övladının avtoşluğu ilə fəxr edir... - Ekspert

“Nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir və azyaşlıları avtomobildən mümkün qədər kənar tutmalıyıq. Onlara bu vasitələrlə davranış qaydalarını öyrətdikcə, təhlükəni də unutmamalıyıq. Hər bir valideyn çalışmalıdır ki, avtomobili uşağa etibar etməsin, uşaqları onlardan uzaq tutsun. Uşaqlar nə bu təhlükənin ciddi olduğunu dərk edərsə, o zaman ona yaxın durmayacaq”.

Avtosfer.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O, bəzi valideynlərin bu məsələdə məsuliyyətsizlik etdiyini bildirib:
“Təəssüf ki, bəzi valideynlər özyaşlı övladının maşın sürməsiylə sanki fəxr edirlər. Sürücüük vəsiqəsi olmayan uşaqlarının avtomobil idarə etməsilə sanki qürur duyurlar. Amma bu, qürurverici bir hal deyil, təhlükəlidir. Bəzi uşaqlar da var, görünür, ailə tərbiyəsindən irəli gələrək məsuliyyətsizlik edirlər. Ailədə nəzarət yoxdu deyə maşını xəlvət götürüb yola çıxırlar. Valideynin icazəsi ilə bu hərəkətləri edənlər dı var. Ona görə də hələ bu yaxşı halıdır ki, yol polisi onu saxlayıb tədbir görüb. Onlar ağır qəza da törədə bilərdilər. Valideynlər bu məsələlərdə valideynlər məsuliyyətli olmalıdırlar. Başa düşməlidirlər ki, onların üzərinə məsuliyyət düşür”.
Qeyd edək ki, Bakıda 15 yaşlı məktəblinin idarə etdiyi avtomobil yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilib. Əraziyə gələn azyaşlının atası isə DYP əməkdaşlarına qarşı xuliqanlıq edib. Onun barəsində protokol tərtib edilib. Məhkəmənin qərarı ilə həmin şəxsə 8 sutka inzibati həbs cəzası verilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












