Velosiped oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində velosiped oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
İyulun 22-də Sumqayıt şəhəri 20-ci məhəllədə yerləşən yataqxananın girişindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rakif Məmmədov Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Gəncə şəhəri ərazisində E.Səidovanın və R.Ağayevin velosipedlərini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elgün İsmayılov Gəncə ŞBPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə iyulun 22-də şəhər ərazisində yerləşən bazarda mağazalardan birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən Qaraxanbəyli kənd sakini S.Sadıqova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












