Velosiped və skuter istifadəçilərinin sayı artır - AÇIQLAMA

Mikromobillik qısaməsafəli səfərlərin daha çevik, rahat və ekoloji təmiz şəkildə həyata keçirilməsini təmin edən nəqliyyat növü olaraq son illərdə böyük əhəmiyyət qazanıb, xüsusən şəhər daxilindəki tıxacların aradan qaldırılması baxımından mühüm rol oynayır.
Azərbaycanda bu sahədə görülən işlər və gözlənilən inkişafla bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev mikromobilliyin bir-üç, bəzi ölkələrdə beş, səkkiz kilometrə qədər olan səfərlər üçün çox effektiv nəqliyyat növü olduğunu vurğulayıb.
O bildirib ki, Bakıda bir il ərzində ilkin olaraq 35 kilometrlik velozolaq şəbəkəsi qurulub və velosipedlərin icarəsi təşkil olunub:
"İstifadəçilərin sayı artır və bu şəbəkənin yüz kilometrə qədər genişləndirilməsi nəzərdə tutulub. Eyni zamanda ölkəmizdə skuter istifadəçilərinin sayı çoxdur. Bu, getdikcə daha çox maraq yaradan nəqliyyat növlərindən birinə çevrilir".
Ekspert deyib ki, buna qədər fərdi nəqliyyatla səfər edənlərin sayı çox idi və bu da uzunmüddətli tıxaclara səbəb olurdu:
"Bunun üçün həll yollarından biri mikromobillik üçün və avtobus zolaqlarının ayrılması idi. Bunun paralelində səkilərin abadlaşdırılmasına da bir qədər diqqət ayırsaq, insanlar ictimai nəqliyyatdan istifadəyə və piyada gəzməyə daha çox üstünlük verəcəklər".
R.Ağamirzəyev deyib ki, statistik məlumatlar da avtobuslar və mikromobillik üçün zolaqların ayrılmasından sonra buna yönələnlərin sayında artımın olmasını göstərir.
R.Ağamirzəyev indiki halda mikromobilliyin həm də ciddi təbliğ və təşviq olunmasına ehtiyac olduğunu vurğulayıb:
"Bəzi stereotiplər var ki, bunları dağıtmaq lazımdır. Bunun üçün ciddi təbliğat olmalıdır ki, insanlar bu növlərə yönəlsinlər. Eyni zamanda çəkilmiş zolaqların şəbəkələşdirilməsini sürətləndirmək lazımdır. Şəbəkənin genişlənməsi ilə yanaşı, bəzi sahələr var ki, onlar hələ lokal olaraq qalıb. Onların tamamlanması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müəyyən işlər görüb və bunun davamında həmin işləri daha da sürətləndirmək lazımdır. Hesab edirəm ki, yaxın illərdə mikrobil nəqliyyat vasitələrindən istifadə edənlərin sayında daha çox artım müşahidə edəcəyik".
(oxu.az)
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












