Velosipedlə həyatlarını riskə atan uşaqlar - FOTO

Əslində mən uşaqların bu cür fotolarını verməyin tərəfdarı olmasam da, prinsipimi pozmağa məcburam. Səbəbi bir azdan.
Bu günlərdə şəhərdə sıx tıxac olan vaxt bu 3 uşaq Həsən Seyidbəyli və Mehdi Hüseny küçələrinin kəsilməsində (Axundov bağıından Şəhidlər xiyabanına tərəf) velosiped sürürdü. Onların təhlükəsizlik adacığında dayanması belə, təhlükəsiz şəraitdə olduqlarına dəlalət etmirdi.
Başqa bir uşaq isə (onun fotosunu çəkə bilmədim) mən avtomobillə svetoforda gözləyərkən velosipoedlə güzgüyə elə vurdu ki, güzgü yerindən qopdu. Uşaq isə heç nə olmamış kimi yoluna davam etdi. Əlbəttə ki, mən də uşağı təqib etmədən yoluma davam etdim.
İndi qayıdaq niyə uşaqların şəklini açıq verməyimə: Ola bilər ki, valideynlərin bu 3 uşaq barədə xəbərləri yoxdur. Elə bilirlər ki, uşaq haradasa həyətdə oynayır. Heç bir valideyn uşağının belə təhlükəli şəraitdə oynamağına razı olmaz. Lakin bütün qəzaların kökündə ani diqqətsizlik, arxayınlıq dayanır.
Avtosfer.az olaraq bu uşaqların valideynlərini dinləməyə hazırıq. Məqsədimiz yol hərəkəti iştirakçısı kimi uşaqların təhlükəsizliyinin təmin olunmasıdır.
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Antiterror əməliyyatlarında DİN-in real döyüş KADRLARI - VİDEO
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO













