Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO

Dövlətə məxsus "Asan finans" sistemi vasitəsilə banklar vətəndaşların maaş və borcları başda olmaqla bir çox şəxsi məlumatlarını sorğulayırlar. Bu da tez-tez müzakirələrə və narazılıqlara səbəb olur. Avtosfer.az xəbər verir ki, bu barədə "Xəzər Xəbər" vətəndaşların şəxsi məlumatlarından istifadə ilə bağlı mövcud vəziyyəti və bu məlumatları sorğulamağın qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını araşdırıb. Mütəxəssislər bildirirlər ki, bu, "ASAN finans" platforması əsasında baş verir. Bu platforma biznesmenlərin və vətəndaşların lazım olan informasiyasını əldə etmək üçün yaradılıb. Banklar da bu platforma vasitəsilə müştəridən ərizə istəmədən lazım olan məlumatları yerindəcə əldə etmək imkanı qazanır. Amma "Fərdi məlumatlar haqqında" qanununa əsasən, fiziki və hüquqi şəxslər barədə məlumatları əldə etməzdən əvvəl onlardan razılıq alınmalıdır. İKT mütəxəssisi Fərhad Əliyev bildirir ki, vətəndaşlar fərdi məlumatlarının qorunmasını özləri həyata keçirə bilərlər. Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən isə bildirildi ki, vətəndaş məlumatlarının qanunsuz sorğulanması ilə bağlı məhkəməyə müraciət edə və bankdan təzminat tələb edə bilər.
Ekspertlər deyirlər ki, vətəndaşların öz hüquqlarını bilmələri üçün "Fərdi məlumatlar haqqında" qanunla tanış olmaları məsələhətdir.
Daha ətraflı videomaterialda.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












