Vilayət Eyvazov polisləri təbrik etdi - FOTO

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətini təbrik edib.
Nazir Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü münasibətilə veteranları, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşların ailə üzvlərini təbrik edib:
"Ötən müddətdə çətin sınaqlarla dolu şərəfli yol keçmiş polis orqanları ulu öndər Heydər Əliyevin rəhbərliyi altında peşəkar hüquq mühafizə orqanı kimi formalaşmış, ölkədə qanunçuluğun bərpasında və hüquq qaydasının qorunmasında önəmli xidmətlər göstərmiş, dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən və təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktura və maddi texniki bazaya malik olan daxili işlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır. ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o cümlədən işğaldan azad edilmiş ərazilərdən qarşıya qoyulmuş tapşırıqları peşəkarlıqla yerinə yetirir. Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə olunmuş nəticələr də məmnunluq doöurur.
Əminəm ki, öz adına sadiq olan və şərəfli polis adını həmişə uca tutan şəxsi heyətimiz bundan sonra da xalqın asayişinin keşiyində mətinliklə dayanacaq, Dövlət Başçısının etimadını doğruldacaqdır.
Polis Günü münasibətilə sizə ən xoş diləklərimi çatdırır, Azərbaycan Respublikasına sədaqətli xidmətə görə hamınıza təşəkkür edir, möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulayıram".
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO













