Vilayət Eyvazov sabiq rəisi təltif etdi - FOTO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun sabiq icraçı direktoru, DİN-in mətbuat xidmətinin keçmiş rəisi təqaüddə olan polis polkovniki Sadiq Gözəlovu qəbul edib.
“Report”un xəbərinə görə, nazir onun polis əməkdaşlarının fədakar fəaliyyətinin KİV-də təbliğ edilməsi və ictimaiyyətə obyektiv çatdırılmasında xüsusi əməyini xatırladaraq, gənc əməkdaşlara nümunə olacaq xidmət yolu keçdiyini bildirib.
Daha sonra V.Eyvazov təqaüddə olan polkovnikə uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu Daxili İşlər Nazirliyinin (DİN) “Fəxri fərmanı”nı təqdim edib.
Qeyd edək ki, S.Gözəlov daha əvvəl DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə həmin vəzifəsindən təqaüdə göndərilərək Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun icraçı direktoru təyin edilib.
Əməkdar jurnalistin fevralın 11-də 65 yaşı tamam olub. O, Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığına görə təqaüdə göndərilib.
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatdı - FOTOLAR - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI










