“Xaliq Faiqoğlu”dan aksiya: Sərnişinlərə tibbi maskalar paylanır – FOTO

Covid-19 virusunun səbəb olduğu mövcud pandemik vəziyyətin qarşısının alınması və ən əsası vətəndaşların sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən effektiv preventiv tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, Karantin şəraitinin yüngülləşdirilməsi ilə əlaqədar son günlər bəzi vətəndaşların xüsusilə ictimai nəqliyyatda Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrini diqqətə almayaraq, sosial təhlükəsizlik tələblərinə riayət etməməsi halları müşahidə olunur. Yoluxmanın minimuma endirilməsi məqsədilə ölkə başçısının çağırışlarına ilk gündən məsuliyyətlə yanaşan, həmçinin sərnişinlərin təhlükəsizliyinin qorunmasını əsas vəzifə hesab edən “Xaliq Faiqoğlu” şirkəti bu gündən yeni sosial aksiyaya start verib.
Belə ki, pandemiyanın vüsət almağa başladığı ilk günlərdən sosial məsuliyyət dəyərlərinə sadiqlik nümayiş etdirən şirkət istismarında olan 18, 37, 52, 61, 65, 79, 85, 96, 135, 114, 119 və 199 saylı marşrut xətlərində ümumilikdə 250-dən artıq marşrut avtobuslarda sərnişinlərə pulsuz qoruyucu tibbi maskaların paylanmasına start verib. May ayı ərzində davam edəcək aksiya çərçivəsində gün ərzində 1000 ədəddən artıq olmaqla Bakı Tekstil Fabriki MMC-nin istehsalı olan və müvafiq sertifikatlı qoruyucu tibbi maskaların paylanması nəzərdə tutulub. Bu məqsədlə şirkət tərəfindən mobil qruplar yaradılıb və onlar eyni zamanda sərnişinlərlə maarifləndirici söhbətlər aparacaq, irad, şikayət və təklifləri qeydə alacaqlar.
Ümumiyyətlə Operativ Qərargahın, eləcə də Bakı Nəqliyyat Agentliyinin (BNA) müvafiq tapşırıq və tövsiyyələrini rəhbər tutan “Xaliq Faiqoğlu” şirkəti sürücü heyətinin təhlükəsizliyinə xüsusi diqqət ayırır və onlar istismar prosesində qoruyucu maska və əlcəklərdən istifadə edirlər. Həmçinin sürücülərin reysqabağı tibbi müayinəsinə nəzarət daha da gücləndirilib, onların səhhətləri gün ərzində tibbi heyət tərəfindən nəzarətdə saxlanılır. Bundan başqa nəqliyyat vasitələrində sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün şirkət tərəfindən xüsusi qablar, sürücü-sərnişin ünsiyyətini minimuma endirmək üçün şəffaf arakəsmələr quraşdırılıb, həmçinin avtobusların təlimatlara uyğun gündəlik dezinfeksiyası həyata keçirilir.
Onu da qeyd edək ki, pandemiya dövründə, xüsusilə Bakı Metropoliteninin işini dayandırdığı müddətdə Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə əhalinin daşınması və təhlükəsizliyi ilə bağlı vacib işlər görülüb və bu istiqamətdə fəaliyyət gücləndirilmiş rejimdə davam etdirilir.
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
















