Xankəndi və Xocavəndin avtomobil seriyası neçə olacaq? – Xocalı siyahıda yoxdur

Azərbaycanın ərazi bütovlüyü və suverenliyi tam bərpa olunduqdan sonar bir çox maraqlı məqamlar ortaya çıxır. Avtosfer.az-a daxil olan çoxsaylı sullardan biri də Xankəndi, Xocavənd və Xocalının avtomobil seriyaları ilə bağlıdır.
Bildiririk ki, Azərbaycan Respublikasında qeydiyyatda olan nəqliyyat vasitələrinin regionlar üzrə kodları uzun illərdir təsdiq edilib. Bu kodlar siyahısında Xankəndi şəhərinin seriyası 26 göstərilir. Xocavənd rayonu isə 28 seriyasında yer tutur. Lakin maraqlıdır ki, Xocalı rayonu siyahıda əksini tapmayıb. Ümid edirik ki, tezliklə Nazirlər Kabinetinin qərarı ilə Xocalı rayonu üçün də seriya müəyyən ediləcək.
O ki qaldı Qarabağda yaşayan ermənilərin maşın seriyalarına, onların da hamısı Azərbaycanda təkrar qeydiyyatdan keçməli olacaq. Ermənilərin sürücülük vəsiqəsi məsələsi isə təxminin bu qaydada həll oluna bilər – qondarma DQR tərəfindən verilən sürücülük vəsiqələrinin hamısı zibilliyə atılmalı, erməni vətəndaşlarımız yenidən sürücülük imtahanı verməli və Azərbaycanın milli sürücülük vəsiqəsini almalıdırlar. Əgər vəsiqə Ermənistan Respublikası tərəfindən verilibsə o zaman bu vəsiqələr Azərbaycanda cəmi bir ay keçərli olacaq. Bir aydan sonar erməni əsilli vətəndaşlarımız ASAN xidmət vasitəsilə öz vəsiqələrini Azərbaycanın milli sürücülük vəsiqəsinə dəyişdirməli olacaqlar.
Elməddin
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












