Xankəndidə hazırlanan 25 avtobusun SİRRİ: separatçılar bu yolla qaçacaq

Ermənistan mediası Xankəndidə “mülki erməniləri” Laçın postuna gətirəcək avtobuslarla bağlı daha bir iddia irəli sürüb.
Bu avtobusların əslində erməniləri Qarabağdan çıxarmaq üçün hazırlandığı deyilir.
“Hraparak” nəşri yazır ki, Xankəndinin mərkəzində 25 avtobus erməniləri Həkəri körpüsünə (Laçın postu bu körpüdədir) aparacaq: “Təbii ki, bunu “hökumət” (separatçılar) edir, əks təqdirdə, mövcud vəziyyətdə 25 avtobus ayırmazdılar. Lakin məsuliyyəti kim üzərinə götürəcək? Camaatı niyə sərhəd xəttinə aparırlar? Bunu başa düşmək olmur. Deyirlər, “biz dinc, silahsız” gedirik. Bu yürüşün məqsədi nədir?
Bu, ilk baxışdan macəra proqramı kimi görünsə də, elə deyil. İnsanların həyatını, taleyini düşünmədən məqsədyönlü şəkildə həyata keçirilən plandır. Və bəlkə də bu, yerdəyişmə, yaxud başqa bir proqramdır. “Artsax” rəhbərliyi öz yaxınlarını bu avtobuslara dolduracaq və Qarabağı tərk edəcəklər”.
Qeyd edək ki, separatçılar bir qrup ermənini Laçın postuna gətirməyə hazırlaşır.“Aksiya”nın məqsədinin Laçın postunun açılmasına nail olmaq olduğu haqda məlumatlar var. Lakin Ermənistan mediasında məqsədin başqa olduğunu və ya bu “aksiya”nın baş tutmayacağına dair fikirlər irəli sürülür.//Publika.az
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












