XİN-dən Xaçaturyanın həbsi ilə bağlı iddialara CAVAB

"İnsanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçaturyanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur".
Avtosfer.az-ın məlumatına görə, bu, Azərbaycan XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
"Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir", - məlumatda qeyd edilib.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












