Xocalı aeroportu bizdə - Soyqırımın qisası belə alındı - VİDEO

Qarabağın ən strateji məntəqələrindən biri olan Xocalı hava limanı da Azərbaycanın mərkəzi hakimiyyətinin nəzarətinə keçib. Artıq sosial mediada hava limanından düşmən və işğalçı Ermənistanın bayrağının sökülüb, atılmasını göstərən videolar yayılıb.
Həmin qısaca, amma mahiyyətcə tarix böyüklükdə olan görüntüləri təqdim etməklə yanaşı, onu da bildiririk ki, bu strateji obyek Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adı ilə bağlıdır. Əlif Hacıyev Xocalı soyqırımı günü - 26 fevral 1992-ci ildə əlində silah döyüşdə şəhid olarkən Xocalı təyyarə limanının komendantı vəzifəsini daşıyırdı.
İşğal illərində bu hava limanı düşmən üçün Qarabağla İrəvan arasında hava koridoru olub. Paşinyan da daxil, Ermənistanın bütün rəhbərləri bu hava limanından dəfələrlə istifadə edərək, Azərbaycan torpaqlarına qanunsuz daxil olublar.
Artıq oktyabrın 1-dən etibarən Xocalı şəhəri və hava limanı Azərbaycanın mərkəzi hakimiyytinin nəzarəti altındadır. Əlif Hacıyevin və onunla bərabər şəhid olan soydaşlarımızın ruhu şad olsun.
Millətimizin və türk dünyasının gözü aydın! Xocalı soyqırımının qisası alınmış sayılır! Ermənisiz Xocalı...
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












