Yağıntılı hava davam edəcək? - AÇIQLAMA - FOTO

"Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacaq, leysan xarakterli, intensiv yağıntıların olacağı ehtimal olunur. Sentyabrın 1-də səhər saatlarından yağıntılar tədricən kəsiləcək".
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, sentyabrın 1-i gündüz saatlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq:
"Arabir güclənən şimal-qərb küləyi sentyabrın 1-i gündüzdən zəifləyəcək. Havanın maksimal temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə də avqustun 31-də və yaxın iki gün ərzində, sentyabrın 1-i və 2-sində yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur".
G.Məmmədova bildirib ki, gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna olunmur:
"Sentyabrın 2-si axşam saatlarından yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturu aran rayonlarında 25-30, dağlıq ərazilərdə 18-23 dərəcə isti olacaq".
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO












