Yağışlar çaylarda sululuğun artmasına səbəb olub

Ötən gün ərzində ölkə ərazisinə yağan yağışlar nəticəsində Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay, Kürəkçay və Dəstəfurçay çaylarında sululuğun artımı müşahidə edilib. Gəncəçayın sol qolu olan Dəstəfurçay çayında sel hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Kişçay çaylarında da sululuğun artımı müşahidə edilib, Əyriçay çayında sel hadisəsi qeydə alınıb.
“Həmin çaylar birbaşa Qanıx çayına töküldüyü üçün Qanıx çayında da sululuğun artımı baş verib. Qeyd edim ki, uzun müddət davam edən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında sululuğun artmasına səbəb olub ki, bu da nisbətən Kür və Qanıx çaylarına öz təsirini göstərib”.
A.Verdiyevin sözlərinə görə iyulun 18-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir ki, nəticədə çaylarda yenidən sululuğun artacağı və bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












