“Yango Azərbaycan” və Azərbaycan Cüdo Federasiyası arasında strateji tərəfdaşlığa start verilib - FOTO

Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan "Yango Azərbaycan" şirkəti və Azərbaycan Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığın qurulmasında məqsəd ölkədə idmana marağın artırılmasına töhfə vermək, həmçinin şəhər mühitində mobilliyin və komfort səviyyəsinin yüksəldilməsinə nail olmaqdır.
"Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığımız texnologiyaların və cüdo fəlsəfəsinin sinerjisidir. Bu əməkdaşlıq nizam-intizam, hörmət və davamlı inkişafa nail olmaq əzmi kimi ortaq dəyərlərə əsaslanır. Məqsəd birlikdə təhsilə dəstək vermək, eləcə də şəhər mühitində mobilliyin təhlükəsizliyinin və keyfiyyətinin artırılmasına yönəlmiş sosial təşəbbüsləri inkişaf etdirməkdir. İnanırıq ki, cüdo fəlsəfəsi təkcə peşəkar idmançılar üçün deyil, bütün şəhər ekosistemi üçün ilham mənbəyi ola bilər", - "Yango Ride" şirkətinin Azərbaycan üzrə rəhbəri Müşviq Həsənov imzalanma mərasimində bildirib.

Strateji tərəfdaşlıq çərçivəsində Olimpiya və dünya çempionu, cüdo üzrə milli komandanın üzvü Hidayət Heydərov, həmçinin cüdo üzrə qadınlardan ibarət milli yığma komandanın üzvləri "Yango Azərbaycan" servislərinin yeni səfirləri olacaqlar.
"Azərbaycan Cüdo Federasiyası "Yango"nun dəstəyini yüksək qiymətləndirir. Bu, təkcə idmana edilən sərmayə deyil, həm də Azərbaycanda qadın cüdosunun gücləndirilməsi istiqamətində atılan mühüm addımdır. Bu tərəfdaşlıq idmançılarımıza daha yaxşı məşq imkanları, beynəlxalq təcrübə və daha yüksək motivasiya qazandıracaq. Sevindirici məqam odur ki, federasiyamızın dəyərləri "Yango"nun prinsipləri ilə üst-üstə düşür. Bu tərəfdaşlıq vasitəsilə biz gender bərabərliyini təşviq edir, təhsili dəstəkləyir və müsbət sosial dəyişikliklərə töhfə veririk. İdmançıları ruhlandıraraq və yeni imkanlar yaradaraq, Azərbaycanın cüdo sahəsində aparıcı ölkələrdən birinə çevrilməsi üçün çalışırıq", - Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

Taksi sifarişi və çatdırılma xidmətləri göstərən "Yango Azərbaycan" servisləri 2022-ci ildə ölkə bazarına daxil olub. 2024-cü ildə "Yango" supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması, məhsulların çatdırılması üzrə "Market" və restoranlardan hazır yeməklərin sifarişi üzrə "Yemək" xidmətləri əlavə olunub.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA





















