Yarım milyon sənədsiz evin taleyi necə olacaq? - VİDEO

Azərbaycanda təxminən yarım milyona yaxın ev sənədsizdir. Problemin səbəblərindən biri belə evlərin yaşayış məntəqəsi yox, digər təyinatlı torpaqlarda tikilməsidir.
Avtosfer.az xəbər verir ki, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Xəzər Xəbər"ə bildirib ki, bələdiyyə sənədilə torpaqların, evlərin alqı-satqısında yaranan problemlər olduqca çoxdur.
Belə ki, Bələdiyyə sənədləri heç bir qurum tərəfindən rəsmi sənəd olaraq qəbul edilmir.
Ekspert deyib ki, bələdiyyə torpaqlarının çoxu fərdi yaşayış evlərinin tikilməsi üçün uyğun deyil. Amma vətəndaşlar bunu bilməyərəkdən həmin torpaqları alıb, evlər tikirlər. Bu isə sənədsiz evlərin sayının artmasına səbəb olur.
Millət vəkili Razi Nurullayev isə qeyd edib ki, 2007-ci ilin noyabrnadək satılmış bələdiyyə torpaqlarının qeydiyyata alınmasında heç bir problem yaradıla bilməz. Lakin 2007-ci il dekabrının 1-dən sonra alınan bələdiyyə torpaqlarının qeydiyyatı mümkün deyil.
Deputat həmçinin bildirib ki, yaxın aylarda sənədsiz evlərlə bağlı məsələnin Milli Məclisdə müzakirəyə çıxarılacağı və yeni qərarın qəbul ediləcəyi gözlənilir.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT












