Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ

İzmirdə yaşayan şanlıurfalılar yas mərasimlərində yemək vermək adətini ləğv ediblər. Buna səbəb son illərdə Türkiyədə güclü bahalaşmanın olmasıdır.
Bununla bağlı ortaq qərarı İzmir Şanlıurfa Federasiyası açıqlayıb.
Federasiya prezidenti Ferit Mızraklı yasda verilən yeməyin mərhumun ailəsi üçün böyük xərc olduğunu, bu səbəbdən həmin adətin dayandırıldığını bildirib.
Mızraklı yazılı açıqlamasında başsağlığına gələn qonaqlara verilən yeməyin dəfn sahiblərinə mənfi təsir göstərdiyini vurğulayıb:
“Dəfn sahibləri üçün ağrıları bölüşmək və yüngülləşdirmək daha önəmlidir. Yemək adəti dözülməz bir yükə çevrilib və bu, yaxınını itirən insanlar üçün böyük yükdür. Başsağlığı zamanı yemək vermək bizim ənənəmiz və mədəniyyətimizdir, bunu inkar edə bilmərik. Ancaq bu dövrdə yemək vermək ciddi maliyyə yükü yaradır”. (Sfera.az)
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












