“Yaşıl Kart” sistemi üzrə 50 mindən çox müqavilə rəsmiləşdirilib

Ötən il “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) “Yaşıl Kart” sistemi üzrə ixtisaslaşdırılmış təşkilat funksiyalarını uğurla davam etdirib.
İSB-dən Avtosfer.az-a bildirilib ki, il ərzində qurum tərəfindən “Yaşıl Kart” sistemi çərçivəsində 50 min 207 “Yaşıl Kart” müqaviləsi rəsmiləşdirilib və ümumilikdə 7 milyon 215 min 431 manat sığorta haqqı toplanıb.
Bu müqavilələrin 40 min 38-i Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə olub və 2 milyon 507 min 573 manat sığorta haqqı yığılıb. Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə 10 min 169 “Yaşıl Kart” müqaviləsi rəsmiləşdirilərək 4 milyon 707 min 858 manat sığorta haqqı toplanıb. Həmçinin 2024-cü ildə Azərbaycan “Yaşıl Kart” sahiblərinin təqsiri səbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada ümumilikdə 314 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr üzrə 1 milyon 226 min 847 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 3907 manat olub.
Ötən il Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 154 hadisə üzrə 1 milyon 280 min 397 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 8314 manat təşkil edib.
Ümumilikdə ötən il “Yaşıl Kart” sistemi çərçivəsində xarici ölkələrdə baş vermiş 468 yol-nəqliyyat hadisəsi üzrə 2 milyon 507 min 244 manat sığorta ödənişi həyata keçirilib.
2024-cü ildə Türkiyə, Ukrayna, Rusiya, Çexiya, Moldova, Macarıstan, Polşada qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdiyi 49 yol-nəqliyyat hadisəsinə görə ümumilikdə 96 min 667 manat sığorta ödənişi edilib.
Xatırladaq ki, İSB “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq “Yaşıl Kart” Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan yaşıl kartlarının satılması həyata keçirilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












