Yeddi gün sonra taksilərdə fantastik BAHALAŞMA

Azərbaycanda taksilərdə iyunun 1-dən minimal gediş haqqının 4 manat 50 qəpik olacağı iddia edilir. Bu barədə iddiaları bəzi taksi sürücüləri əməkdaşlıq etdikləri şirkətlərə istinadən yayırlar.
Hazırda minimal gediş haqqı 2 manat 50 qəpikdir və deyilən artım olarsa, bu, 50 faizdən çox artım sayılacaq. Hazırda taksilərdə qiymətlərin əvvəlki aylara nisbətən artması ilə bağlı şikayətlər eşidilir. Bütün bunlar da hökumətinin son qərarlarından sonra taksi sayının azalması ilə əlaqələndirilir. Belə olan halda taksinin qiymətinin artacağı proqnozlaşdırılır.
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, taksilərdə qiymət artımı ilə bağlı qərarı şirkətlər verir və şirkətlərin nə qərar verəcəyini indidən proqnozlaşdırmaq çətindir:
“Amma qoyulan tələblərə baxsaq görürük ki, yeni avtomobillər alınırsa, daha müasir taksilər xidmətə buraxılacaqsa, sözsüz ki, taksilər aşağı qiymətə sərnişin daşımayacaqlar. Bilirik ki, 2 manat 50 qəpik minimum başlanğıc qiymətdir. Məsafədən asılı olaraq, fərqli qiymətlər tətbiq olunur. 2 manat 50 qəpiyi birbaşa 4 manata qaldırmaq şirkətlərin özünə də sərf etməyəcək. Ona görə elə qiymət müəyyənləşdiriləcək ki, iş dayanmasın və taksiyə müraciət edənlərin sayı kəskin azalmasın".
Ekspert vurğulayıb ki, taksinin qiymətində bu qədər artım baş versə, o zaman qısa məsafəli gedişlərin sayı azalacaq:
“Yəqin ki, bu, uzaq məsafələrə və səfərlərə də təsir edəcək. Belə olan halda taksilərdən istifadə edənlərin sayı azala bilər. Ona görə də inanmıram ki, bu cür fantastik artım etsinlər. Hər bir halda buna bir ortaq həll yolu tapılmalıdır. Bunu da şirkətlər özü müəyyənləşdirir. Taksilərin qiymət məsələsinə dövlət tərəfindən müdaxilə yoxdur. Sadəcə olaraq şirkətlərə tövsiyə xarakterli müraciətlər olunur. Onlar da buna uyğun öz işlərini dəyərləndirərək qiymət müəyyənləşdirəcələr. Bu məsələni hal-hazırda AYNA və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müzakirə edir”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən edilir.
“Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”. (“Cebhe.info”)
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO










