Yeddi milyon insanı öldürən koronavirus - Süni şəkildə yaradılıb, amma...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) koronavirusun mənşəyinin laboratoriyada yarandığı ehtimalı ilə bağlı qiymətləndirmə dərc edib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, MKİ-nin məlumatına görə, virus çox güman təbii olaraq yaranmayıb, süni şəkildə yaradılıb, lakin buna dair dəqiq sübut yoxdur.
Yeni qiymətləndirmə Çində virusun yayılması, elmi tədqiqatlar və laboratoriya işləri ilə bağlı məlumatların təhlilinə əsaslanır. Hesabatda vurğulanır ki, Çin hakimiyyətinin əməkdaşlığı olmadan virusun mənşəyini tam başa düşmək mümkün deyil.
Hesabat Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Uilyam Börns dövründə ABŞ-ın əvvəlki administrasiyası tərəfindən sifariş edilib və Con Ratkliff tərəfindən açıqlanıb. Yanvarın 25-də ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Tom Kotton nəticələrdən məmnunluğunu ifadə edərək, Çinin virusun yayılmasına görə məsuliyyət daşımasına ehtiyac olduğunu bildirib.
Çinin Vaşinqtondakı səfirliyinin nümayəndələri koronavirusun laboratoriyada yaranması ilə bağlı iddiaları təkzib edib və elmə hörmət etməyə çağırıblar.
ABŞ-da laboratoriya nəzəriyyəsinə dəstək əvvəllər FTB-nin o zamankı direktoru Kristofer Rey, Energetika Departamenti və MKİ-nin keçmiş direktoru Con Ratkliff tərəfindən ifadə edilmişdi.
2019-cu ilin dekabr ayında Çin səlahiyyətliləri Ümumdünya Səhiyyə Təşkilatına Vuhanda sətəlcəm xəstəliyinin baş verdiyini bildirib. 2020-ci ilin mart ayında ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus virusun bütün dünyada sürətlə yayılması səbəbindən COVID-19-u pandemiya elan edib. Son məlumatlara görə, dünyada 7 milyondan çox insan koronavirusdan dünyasını dəyişib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











