Yeddi yeni vitse-prezident... - Onlar kimlərdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Neft Şirkətinə (SOCAR) 7 yeni vitse-prezident təyin edib.
Avtosfer.az “Qafqazinfo”ya istinadla onlar barədə bəzi məlumatları təqdim edir.
Arzu Cavadova bu təyinatadək SOCAR-ın Baş geoloqu olub.
O, 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub.
2013-cü ildə Prezidentin Sərəncamına əsasən, Arzu Cavadova “Tərəqqi” medalı ilə təltif olunub. Arzu Cavadova geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.
Fotoda Arzu Cavadova
.jpg)
Ziba Mustafayeva uzun müddət müxtəlif şirkətlərdə eləcə də, “Azercell”in İnsan Qaynaqları Departamentinin direktoru vəzifəsində çalışıb. O, son ilyarım müddətində SOCAR prezidentinin məsləhətçisi kimi fəaliyyət göstərib.
Fotoda Ziba Mustafayeva

Əfqan İsayev isə vitse-prezident təyin edilənədək “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru vəzifəsini tutub.
Fotoda Əfqan İsayev
.jpg)
Yeni vitse-prezidentlərdən Babək Hüseynovun son iş yeri BP şirkəti olub. O, 10 ildən artıq Britaniya şirkətində müxtəlif vəzifələri tutub.
Anar Məmmədov “SOCAR Enegy Greece” şirkətinin Baş direktoru olub.
1971-ci ildə Bakı anadan olub. İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib.
2009-2014-cü illərdə “SOCAR Georgia Gaz” şirkətinin baş direktoru olub.
İsmayıl Zərgərli ixtisasca hüquqşünasdır. O, “OMNİ” hüquq şirkətinin rəhbəridir.
Fuad Musayev isə beynəlxalq maliyyəçidir. O, bir sıra yerli və xarici şirkətlərdə çalışıb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












