Yeni ildən elektrik qatarlarında gedişhaqqı artacaq? - AÇIQLAMA - VİDEO

Bakı-Piraşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarının gedişhaqqısının növbəti ildən dəyişəcəyi geniş müzakirə olunan məsələlərdən biridir.
Elektrik qatarından istifadə edən vətəndaşları düşündürən suallardan biri budur ki, gedişhaqqı növbəti ildən dəyişə bilərmi? Bahalaşma və ucuzlaşma ola bilərmi? Bu istiqamətdə Tarif Şurasına müraciət olunubmu?
Yaranan suallara cavab tapmaq məqsədi ilə “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən baku.ws-ə bildirildi ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə bir sərnişinin daşınmasına təxminən 5 AZN-dən çox xərclənir:
"Bir sərnişindən əldə edilən gəlir isə orta hesabla 75 qəpikdən yuxarı deyil. Bu gün ADY öz gəlirləri hesabına, xüsusilə də yüklərin daşınmasından əldə etdiyi qazancla sərnişin daşınmalarında yaranan xərcləri qarşılamağa çalışır. Onu da qeyd edək ki, dəmir yolunda gediş haqqını Tarif Şurası tənzimləyir. Dövlət başçısının tapşırığına əsasən, dəmir yolları ilə sərnişin daşınmalarına subsidiya verilməsi ilə bağlı hökumətdə müzakirələr aparılır".
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












