Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Avropa İttifaqında tətbiq olunan yeni giriş-çıxış sistemi səbəbindən britaniyalı sərnişinlər bu yay Avropanın hava limanlarında uzun növbələrlə üzləşə bilərlər.
Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman Avropa İttifaqının yeni sərhəd nəzarəti sisteminin uzun gözləmə müddətləri və reyslərin buraxılması riskini artırdığını bildirib.
Onun sözlərinə görə, aprel ayında giriş-çıxış sisteminin tam tətbiqindən sonra Portuqaliya, İspaniya və İtaliya da daxil olmaqla bir sıra Avropa ölkələrində artıq gecikmələr və buraxılmış reys bağlantıları qeydə alınıb. Yeni rəqəmsal sərhəd idarəetmə sistemi Şengen zonasına daxil olan üçüncü ölkə vətəndaşlarından ilk giriş zamanı barmaq izinin və üz biometrik məlumatlarının təqdim edilməsini tələb edir.
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının illik ümumi yığıncağında çıxış edən Rafael Şvartsman bildirib ki, yeni sistem ciddi problemlər yarada bilər.
“Hazırda 3, 4, 5, hətta 6 saata qədər gözləmə müddətləri ilə bağlı real risk müşahidə olunur. Bu isə qəbuledilməzdir”, – deyə o vurğulayıb.
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO












