Yeni yarasa virusu və yeni pandemiya riski XƏBƏRDARLIĞI

Yarasalarda insan hüceyrələrinə asanlıqla daxil ola bilən təhlükəli virus aşkarlanıb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Şərqi Afrikada yaşayan yarasalarda KY43 adlı yeni virus aşkar edilib və onun insanlara keçə bilmə ehtimalı var. Araşdırmalar göstərib ki, bu virus insan ağciyər hüceyrələrinə yapışa bilir ki, bu da yeni pandemiya riskini artırır. KY43 virusu Keniya, Sudan və Tanzaniyada yaşayan yarasalarda aşkar edilib. Onun təhlükəliliyini yoxlamaq üçün alimlər virus zülallarını laboratoriyada bərpa edərək insan hüceyrələri ilə müqayisə ediblər. Təcrübələr göstərib ki, virus insan orqanizminə daxil olmaq qabiliyyətinə malikdir. Araşdırmanın müəlliflərindən biri qeyd edib ki, əvvəllər alfa-koronavirusların yalnız bir və ya iki reseptordan istifadə etdiyi düşünülürdü. Yeni nəticələr isə göstərir ki, bu viruslar hüceyrələrə daxil olmaq üçün daha geniş reseptor spektrindən istifadə edə bilər.
Pandemiya riski varmı?
Virusun insan hüceyrələri ilə əlaqə qurmaq qabiliyyətinə baxmayaraq, onun artıq insanlar arasında yayıldığını və ya immun sistemdən yayına bildiyini sübut edən faktlar yoxdur. Doktor Dalan Beyli bildirib ki, bu virus sadəcə indiyə qədər diqqətdən kənarda qalan çoxsaylı viruslardan biridir. Onun sözlərinə görə, belə viruslar yalnız təsadüfi kontakt nəticəsində insanlara keçmək fürsəti gözləyir:
“KY43-ü milyonlarla virusdan biri kimi düşünün. Onun insanlara keçməsi üçün ehtimal çox azdır, amma tarix göstərir ki, belə viruslardan biri mütləq yayılacaq".
Alimlər nə deyir?
Mütəxəssislər bildirirlər ki, bu, virusun potensial təhlükəsinin əvvəlcədən müəyyən edildiyi nadir hallardandır. KEMRI-Wellcome Trust proqramından doktor Ceyms Nyagvanqe qeyd edib ki, bu cür tədqiqatlar gələcəkdə xəstəliklərin yayılmasına qarşı hazırlaşmağa və vaksinlərin hazırlanmasına kömək edə bilər. Oksford Universitetindən professor Aris Katsurakis isə nəticələri “erkən xəbərdarlıq siqnalı” adlandırıb və əlavə edib ki, virusun insan orqanizmində çoxalma qabiliyyəti hələ də məlum deyil.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










