Yeraltı piyada keçidinin eskalatorları niyə sökülür? - VİDEO

Bakının Nəsimi rayonu ərazisində Heydər Əliyev parkının yaxınlığında olan yeraltı piyada keçidlərindən birinin eskalatorları sökülür. Həmin eskalatorların yerində isə pilləkənlər vurulacaq.
Uzun müddətdir keçiddə piyadaların istifadə etdiyi eskalatorlar sökülür.
Paytaxtın Nəsmi rayonu Rəşid Behbudov və Məhəmməd Fizuli küçələrinin kəsişməsində yerləşən yeraltı piyada keçidlərindən birinin eskalatorlarının söküntüsünə başlanılıb.Bu məqsədlə də keçidin Heydər Əliyev Sarayı tərəfə olan giriş-çıxışı bir istiqamətdə bağlanıb.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə,sökülməyə səbəb həmin eskalatorların istismar müddətini başa vurması və dəyişdirilməsinin iqtisadi baxımdan səmərəli olmamasıdır.
Anar Nəcəfli bildirdi ki,həmin yeraltı keçid bir neçə il əvvəl özəl bir şirkət tərəfindən tikilib.Ancaq eskalatorlar quraşdırılan zaman keçidin üzəri bağlanmayıb. Buna görə də tez-tez eskalatorların təmirə ehtiyacı olub.
Onu da qeyd edək ki,həmin ərazidə olandigər yeraltı piyada keçidlərinin eskalatorları işlək vəziyyətdə olduğundan onların sökülərək pilləkanlarla əvəz edilməsi planlaşdırılmır.
Gültən Qədirli
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












