"Yol inşasında əsas məsələ tullantıları düzgün idarə etməkdir" - Nazirlik rəsmisi

Bakıda Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan ərazidə yol infrastrukturu ilə bağlı layihənin icrası zamanı yaranmış tullantıların düzgün idarə edilməsi məsələsinə diqqət yetirilməlidir.
Avtosfer.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərbətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı ictimai dinləmələrdə bildirib.
"Əsas məsələ tullantıların düzgün idarə edilməsidir, yəni bərk tullantılar ictimai narazılığa səbəb olmasın. Ekologiya və Təbii Sərbətlər Nazirliyinin müxtəlif qurumları, xidmətləri var. Onlar yaşılığın qorunmasına nəzarət edən orqandırlar" - deyə o qeyd edib.
Xatırladaq ki, həmin ərazidə 1 650 ağacın köçürülməsi nəzərdə tutulur. Yolun inşası ilk olaraq metronun "Ulduz" stansiyasından Keşlə bazarına kimi, daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyası istiqamətində, ardınca Keşlə bazarının qarşısındakı restoranın ərazisindən, sonda isə akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər nəzərdə tutulur. İnşa işləri zamanı ekoloji tarazlığın qorunması hədəflənir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












