Yol polisi hər gün Bayıldan şəhərə girişi niyə bağlayır? - AÇIQLAMA

Son günlər yol polisləri paytaxt Bakının cənub girişində - “Dəniz Mall” Ticarət Mərkəzi yanından yollar demək olar ki, hər gün bağlanır.
17:00-19:00-dan sonra Bayıl qəsəbəsi tərəfdən şəhərə girişlər tamamilə bağlanılır və yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunur. Bu isə ərazidə uzun tıxacların yaranmasına səbəb olur. Nəticədə nəinki minik maşınları, hətta marşrut avtobusları da uzun müddətə bu tıxaclarda qalmalı olur.
Buna səbəb nədir?
Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BBDYPİ) inspektoru, polis mayoru Fuad Sultanov “Yeni Sabah”a bildirib ki, yolun bağlanması heç bir yol-nəqliyyat hadisəsi və yaxud yolların təmiri ilə bağlı deyil.
Onun sözlərinə görə, buna səbəb sadəcə nəqliyyatın sıxlığıdır: “Çünki həmin pik saatlarda nəqliyyatın axını çox olur. Bunun üçün də qeyd olunan vaxtlarda əlavə naryadlar ayrılır və nəzarət gücləndirilir. Çox güman ki, bu gündən sonra əlavə problem yaşanmayacaq”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












