Yol polisi maşınlardakı pərdələri sökür - DYP isə deyir ki... - VİDEO

Bakıda yol polisi əməkdaşları avtomobillərin arxa yan şüşələrinə pərdə vuran sürücüləri dayandıraraq həmin pərdələri müsadirə edir və yaxud avtomobilin mühafizə olunan duracağa təmin edilməsini bildirir. Bu barədə sürücülər həm Avtosfer.az-ın qaynar xəttinə, həm də "Düzgün Hərəkət" verilişinə şikayət ünvanlayıblar.
Verilişə zəng edən sürücü bildirir ki, yol polisi əməkdaşları onu paytaxtdakı avtomobil bazarının yanında dayandıraraq arxa yan şüşələrə vurduğu pərdəni çıxararaq avtomobili mühafizə olunan duracağa aparılmasını tələb edib.
Hüquqşünas Ərşad Hüseynov sürücünün şikayətinə cavab olaraq bildirib ki, avtomobilin arxa yan şüşəsinə pərdə vurulmasına hal-hazırda heç bir məhdudiyyət yoxdur: "2-3 il bundan öncə Daxili İşlər Nazirliyi səviyyəsində bildirildi ki, yeni qaydalar müəyyən edilənədək nəqliyyat vasitələrinin arxa yan şüşələrinə örtüklərin çəkilməsinə icazə verilsin. Ona görə də arxa yan şüşəyə pərdə, plyonka və ya jalüz çəkilməsinə görə sürücü məsuliyyətə cəlb oluna bilməz".
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtomobillərin yan şüşələrində olan pərdələrin çıxarılması ilə bağlı yol polisi əməkdaşlarına hər hansısa bir göstəriş verilməyib.
Emin
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT











