Yol qəzasında uşaqların ölmədiyi ölkə - FOTO
Mayın 28-də Bakıda baş vermiş qəzada ikisi uşaq olmaqla 3 nəfər həlak oldu. Ötən həftə sonu Azərbaycanda yol qəzalarında 8 nəfər həyatını itirdi. Daha əvvəlki şənbə günü 1 qəza 5 nəfərin həyatına son qoymuşdu. Bütün böyük qəzalarda həyatını itirənlər arasında uşaqlar da olur. Azərbaycanda son 10 ilin statistikasına nəzər yetirsək hər il yol qəzalarında orta hesabla 40 uşağın öldüyünün şahidi olarıq.
Bəs uşaq ölümü ilə nəticələnən qəzaların qarşısını almaq mümkündürmü? Xarici təcrübə necədir?
Avtosfer.az-ın xəbərinə görə, beynəlxalq standartlarda yol qəzalarında ölüm göstəricisi hər 100 min sakinə düşən ölüm ədədi ilə ölçülür. Bu sahədə antirekord Afrikaya aiddir – orta hesabla 27 nəfər. Qana isə 48 nəfərlə “liderliyi” əldən vermək istəmir.
Amma göstəricinin minimal olduğu ölkələr də var. Avropa İttifaqında orta rəqəm 6 olduğu halda, Norveçdə 2,1, İsveşrədə 2,2, İsveçdə 3-dür.
Bəs Norveç buna necə nail olub? Əvvəlcə statistikaya diqqət yetirək.
2020-ci ildə bu ölkədə yaşı 16-dan az olan şəxslərin ölümü ilə nəticələnən qəza baş verməyib. 2021-ci ildə yol qəzalarında 110 nəfərin öldüyü açıqlananda norveçlilər dəhşətə gəlmişdi. Halbuki həmin il paytaxtda ölümcül qəza olmayıb. Bir il əvvəl isə ölüm göstəricisi 95 nəfər idi. 1947-ci ildən sonra ilk dəfə ölüm göstəricisi 100-lük baryerin altına düşmdüşdü.
Norveçin yolları hamar olsa da, istismar şəraiti bizdəkindən qat-qat ağırdır. Bu Skandinaviya ölkəsində yollar çox vaxt qar və buzla örtülü olur, sərt döngəli dağ yolları üstünlük təşkil edir.
Yol qəzalarının qarşısının alınması ilk növbədə sürücülük hazırlığından başlayır. Hazırlıq kursunda müdavimlərə ilk olaraq bu fikir təlqin edilir: Qar və buz sürücünün düşmənidir. Lakin biz qara görə ölkəmizi tərk edə bilmərik.
Nəzəri imtahanla yanaşı iddiaçı həm gecə şəraitində maşın sürməli, həm də minimal tibbi yardımı bilməlidir.
Yolda intizam yaratmaq üçün Norveçdə ən səmərəli üsul ciqqi qayda pozuntusunda sürücülük hüququnun uzun müddətə məhdudlaşdırılmasıdır. Məsələn, 50 km/saat sürət limiti olan ərazidə 76 km/saat sürətlə gedən avtomobilçinin vəsiqəsi 3 aylıq məhdudlaşdırılır. Sərxoş və ya qəza şəraiti yaradan sürücü isə vəsiqə ilə daha uzun müddətə vidalaşmalı olur. Uşaq ölümləri və xəsarət alması ilə nəticələnən qəzalarda cəzanı məhkəmə müəyyən edir və bir qayda olaraq ağır olur.
Uşaqlarla bağlı tələblər də ciddidir. Qaydaya görə azyaşlılar qabaq oturacaqda əyləşə bilməz. Arxada isə ya kəmər, ya da uşaq oturacağı olmalıdır. Avtomobildə düzgün əyləşməyən (başını, qolunu çölə çıxaran, kəmər taxmayan, xüsusi oturacaqda oturmayan və s.) uşaqlar üçün çox ciddi cərimələr tətbiq edilir.
3 milyondan çox fərdi avtomobilin ölduğu ölkənin yollarına 500-dən çox stasionar radar nəzarət edir.
Şəhərlərdə qəzaların azaldılması üçün ictimai nəqliyyatın işi yaxşılaşdırılır, qiymət aşağı salınır. Paytaxt Oslonun mərkəzi hissəsi demək olar bütövlükdə velosiped və piyadalar üçün ayrılıb. Məhz bu səbəbdən yuxarıda göstərdiyimiz nəticələr əldə edilib.
Vüqar Yaşaroğlu
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi














