Yollara milyonlarla ziyan vuran sürücülər polislərə belə hədə-qorxu gəlirlər - VİDEO

Avtomobil yollarında normadan artıq yük daşıyan nəqliyyat vasitələri yolları yararsız vəziyyətə salırlar. Bakı-Qazax yolunun Kürdəmir rayonuna qədər olan hissəsinin sağ zolağı artıq yararsız hala düşməkdədir. Normadan artıq yük daşıyan “Kamaz”, “Tır”, “Shacman” sürücüləri yollara milyonlarla ziyan vururlar. 15-20 ton yük tutumu olan nəqliyyat vasitəsinə 30-40 ton yük vururlar. YPX postlarında saxlanılan zaman isə polis əməkdaşlarına “mən ailə saxlayıram, mən qaziyəm, mən müharibə iştirakçısıyam” deyərək özlərinə haqq qazandırırlar. Hətta bəzən polisə hədə-qorxu gələrək “özümü yandıracam, özümü öldürəcəm” deyərək vəziyyətdən çıxmağa çalışırlar. Müharibə iştirakçısı, qazi və ya şəhid ailəsi olmaq qanunsuzluq etməyə, yolu dağıtmağa, səlahiyyətli şəxsləri şantaj etməyə əsas vermir. Müharibədə iştirak edənlər və şəhid olanlar ölkənin bütövlüyü və inkişafı üçün çalışıblarsa, indi o addan sui-istifadə edərək özbaşınalıq etmək birbaşa ölkəyə qarşı çıxmaq sayılır.
Yük avtomobili sürücülərindən biri bu məsələ ilə bağlı qeydə aldığı videonu sosial şəbəkədə yayıb. Həmin videonu təqdim edirik:
Nərmin
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT










