Yollarda motosiklet qəzaları niyə artır?

Bakı və bakıətrafı ərazilərdə motosiklet qəzalarına daha tez-tez rast gəlmək olur. Bu cür qəzalar əksər hallarda ölümlə nəticələnir. Bəziləri paytaxtda motosiklet və velosipedlər üçün xüsusi zolaqların olmamasının bədbəxt hadisələrlə nəticələndiyini deyir.
Nəqliyyat eksperti Ərşad Hüseynov isə bildirib ki, motosiklet qəzalarına səbəb təkcə zolaqların olmaması deyil:
"Əslində ikitəkərli nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının olması vacibdir. Amma baş verən yol qəzalarına səbəb tək bu deyil. Həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin qaydalara əməl etməməsi də qəzaya gətirib çıxarır. Məsələn, motosiklet mühərrikli nəqliyyat vasitəsidir və onun mühərrikinin ölçüsü 50 kubsantimetrdir. Bu nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur. Amma mopedlərin mühərrik həcmi kiçik olduğu üçün velosiped kimi sürücülük vəsiqəsi olmadan idarəetməyə icazə verilir. Motosiklet sürücülük vəsiqəsi ilə idarə olunduğu üçün sürücü yollarda avtomobillər kimi qaydalara riayət etməli, işıqforun tələblərinə uyğun hərəkət etməlidir. Amma bu gün motosikl sürücüləri əksər hallarda işıqforun qırmızı işığından keçir, qadağan olunan yollardan dönmə əməliyyatı yerinə yetirir və bu da yol qəzalarına səbəb olur".
Ə.Hüseynov bildirir ki, yolda istənilən vəziyyətdə hərəkət edən motosikletlərin piyada səkiləri ilə hərəkəti qadağandır: "Piyada səkiləri yalnız piyadalar üçün nəzərdə tutulub. Burada motosiklet hərəkəti qadağandır. Amma bu gün kuryerlər və digər şəxslər motosikletlərlə piyada səkilərinə çıxırsa, bu birbaşa qanun pozuntusudur. Bundan başqa, motosiklet sürücüləri yola çıxarkən xüsusi dəbilqədə olmalıdır. Həmin dəbilqə onları əsasən yol qəzalarında qorumaq üçündür. Amma əksər motosiklet sürücüləri bu dəbilqələrdən istifadə etmir. Dövlət yol polisi əməkdaşları da bu cür hallara çox vaxt fikir vermir". (Trend)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











