"Yolların 40 faizi rahat və təhlükəsiz deyil" - Hesablama Palatası qüsurlar aşkarladı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan asfalt-beton örtüklü avtomobil yollarının uzunluğunda illər üzrə artım müşahidə olunsa da, 2020-ci ilin sonuna olan məlumatlara əsasən, qeyri-asfalt-beton yollarının uzunluğu 6 713,3 km (o cümlədən 919,3 km olan qara, 5 738 km olan çınqıl-qırmadaş, 56 olan torpaq örtüklü) təşkil edib. Avtosfer.az xəbər verir ki, bu barədə Hesablama Palatasının ötən ilki fəaliyyəti haqqında hesabatıda bildirilir. Sənədə əsasən, bu da yolların ümumi uzunluğu 37,9%-lik əhəmiyyətli hissəsində yol hərəkətinin iştirakçılarına daha rahat və təhlükəsiz hərəkət etmələri üçün zəruri şəraitin hələ də yaradılmadığını göstərir.
AAYDA 2020-ci ildə 29,8 mln manat vəsaiti bank kreditləri üzrə ödənişlərə (o cümlədən kreditlərin əsas məbləği üzrə 19,8 milyon manat, faizləri üzrə 9,9 milyon manat) yönəldib ki, bu da əvvəlki illərin təcrübəsinin də göstərdiyi kimi avtomobil yollarının və onlarla əlaqədar müəssisələrin qurğularının, təhkim zolaqlarının istifadəsi və saxlanması (təmiri) ilə bağlı xərclərin qarşılanmasında müəyyən məhdudiyyətlər yaradıb.
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












