Zabrat sakinləri avtobuslardan narazıdırlar: “Evdən işə çatana qədər suya batırıq”

Sabunçu rayonunda sərnişinlər avtobus sürücülərinin kondisionerləri qoşmamasından şikayətçidirlər.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Zabrat-1 qəsəbəsində yaşayan sakinlər tərəfindən şikayət var. Şikayətdə deyilir ki, Bakının mərkəzinə işləyən avtobuslardan başqa, o birilərinin əksəriyyətində bu problem var:
“Qəsəbədə yalnız “BakuBus”ın “M8” və 163 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobuslarında kondisioner işləyir. Digər sərnişin avtobuslarında heç bir sürücü kondisioneri yandırmır. Gediş haqqı 45 qəpikdən bahadır. Dərd odur ki, pulu verib, yol gedirik, amma kondisioneri qoşmurlar. Ancaq mərkəzə işləyən avtobuslarda sürücülər kondisioneri işlədirlər. Evdən işə çatana qədər tər-suya batırıq. Kənar qəsəbələrə gedən sərnişinlər istidə bişməlidirlər?”
“BakuBus”ın aparat rəhbəri Faiq Abbasov açıqlamasında bildirib ki, aidiyyəti üzrə avtobuslarda kondisioner sistemi iyulun 1-dən aktivləşdirilməli idi, ancaq proses tezləşdirilib:
“Havaların isti keçməsi və sərnişinlərdən bizə daxil olan müraciətləri nəzərə alaraq, kondisioner sistemini iyunun 25-dən aktivləşdirmək qərarı alındı. Odur ki, “BakuBus”ın tabeliyində olan avtobusların hər birində sərnişinlərin mənzilbaşına rahat şəraitdə çatması üçün bu kimi məqamlar nəzərə alınıb. Kondisioneri işləmədən xəttə çıxan heç bir sərnişin avtobusumuz yoxdur”.
Sərnişinlər şikayətdə digər sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərin də müvafiq müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslarında zəruri şəraitin yaradılmasını tələb edirlər:
“Ən azından, kondisioner sisteminin olması, yay günü ünvana bərbad vəziyyətdə çatmamaq üçün avtobusların normal, səliqəli oturacaqlarla təmin edilməsi arzuolunandır”.
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA










