Zaqatalada küçə itlərinin öldürülməsi ilə bağlı AÇIQLAMA - VİDEO

“Yayılan görüntülər yeni deyil”.
Bu, Zaqatalada itlərin kütləvi şəkildə güllələnməsi ilə bağlı görüntülərlə əlaqədar Avtosfer.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, bu məsələ ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində bir müddət əvvəl araşdırma aparılıb və mütəxəssis rəyinə də əsasən, itlərin infeksion xəstəlikdən öldükləri məlum olub.
12:02
Zaqatalada öldürülmüş küçə itlərinin yeni görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, sosial şəbəkə istifadəçisi Nizami Ramazanov paylaşımında qeyd edib ki, gecə saatlarında küçələrdə artıq küçə itlərinə rast gəlinmir:
“Gecə saat 02 radələrində Zaqatalada gəzirdim. Maşınla bir saat Zaqatala şəhərini dolaşdım. Şəhərdə bir dənə də olsun küçə iti qarşıma çıxmadı. Həmişə Mərkəzi Poçt, keçidin yanında, parkda, asma körpüdə, zibil qablarının arxasında gördüyüm itlərin artıq heç biri yox idi. Necədir, Zaqatala camaatı, şikayət etdiyiniz bu itlər artıq yoxdur. İndi rahat yata bilirsiniz? Bir müsəlman, bir insan olaraq vicdanınız rahatdırmı?”
Qeyd edək ki, bir neçə gün öncə Zaqatala rayonunda sahibsiz itlərin güllələnməsi lentə alınmışdı. Tala körpüsü adlanan ərazidə motosikletin arxasında yeni öldürülmüş 10-15 itin cəsədinin əks olunduğu videogörüntülər yayılmışdı.
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Antiterror əməliyyatlarında DİN-in real döyüş KADRLARI - VİDEO
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO












