Zaqatalada qumbara partlaması nəticəsində ölənlərin sayı 2-yə çatdı - FOTO

Xəbər verdiyimiz kimi, Zaqatalada Vətən Müharibəsi iştirakçısının əlində qumbara partlayıb, ölən və yaralananlar var.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Yengiyan kəndinin mərkəzində baş verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, rayonun Yengiyan kənd sakini 29 yaşlı Həmid Gülməmədovun əlində qumbara partlayıb. Partlayış nəticəsində Həmid Gülməmmədovun yanında olan həmkəndçisi 32 yaşlı Məqsəd Rzayev və rayonun Qımır kənd sakini 31 yaşlı İlqar Cumayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə nəticəsində xəsarət alan şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım briqadasının əməkdaşlarının müşayəti ilə xəstəxanaya aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq Həmid Gülmməmmədov aldığı ağır xəsarətlərdən xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.
Digər yaralı Məqsud Rzayevin vəziyyəti ağır olduğundan yaxınları onun müalicəsinin paytaxtdakı xəstəxanalardan birində davam etdirməsi üçün Bakı şəhərinə aparıblar. Lakin o da yerləşdirildiyi xəstəxanada vəfat edib.
Hadisədə yaralanan İlqar Cumayevin müalicəsi isə rayon xəstəxanasında davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən Həmid Gülmməmov Vətən Müharibəsi iştirakçısıdır.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
bizim.media

İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR












