Zelenski Trampla telefon danışığının DETALLARINI AÇIQLADI

ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı sülhün əldə edilməsinin mümkünlüyü barədə müzakirə apardıq.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat verib.
“Trampla uzun söhbətimiz oldu. Komanda şəkilində birgə istəyimizi bildirdik. Biz birlikdə nə edə biləcəyimizə maraq göstərdiyinə görə Prezident Trampa minnətdaram”, - deyə Zelenski əlavə edib.
Zelenski bildirib ki, Ukrayna hamıdan çox sülh istəyir.
“Biz Rusiyanın təcavüzünü dayandırmaq və etibarlı, davamlı sülhə zəmanət vermək üçün Amerika ilə ümumi addımlarımızı müəyyən edirik. Prezident Trampın dediyi kimi, gəlin, bunu həyata keçirək. Biz gələcək təmaslar və görüşlər barədə razılığa gəldik”, - deyə Zelenski vurğulayıb.
**
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla danışıb. Telefon danışığı bu gün baş tutub.
Bu barədə Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin məlumat yayıb.
Litvin bildirib ki, Ukrayna və Amerika liderləri arasında söhbət yerli vaxtla saat 19:40 radələrində başa çatıb. Onun sözlərinə görə, siyasətçilər bir saata yaxın danışıblar.
Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Trampın Rusiya dövlət başçısı Vladimir Putinlə danışıqlar apardığı barədə məlumat da yayılmışdı. Kremlin sözçüsü Dmitri Peskov təsdiqləyib ki, Tramp və Putin arasında təxminən bir saat yarım davam edən telefon danışığı olub.
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ












