Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR - Təməl qoyuldu - VİDEO

Ermənistan növbəti dəfə Azərbaycanın təşəbbüsü ilə reallaşan və regionun meqa layihələrindən birindən kənarda qaldı. Baxmayaraq ki, Azərbaycan dəfələrlə Zəngəzur dəhlizinin açılması təşəbbüsü ilə çıxış edib. Ermənistan isə özünü yenə təcrid etdi və dəhlizin açılmasına maneəçilik törətdi. Azərbaycan isə vaxt itirmədən Zəngəzur dəhlizinin alternativini irəli sürdü və artıq bu istiqamətdə işlərə başladı.
Yəni dəhlizin alternativi olaraq Bakı və Tehran arasında Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yeni layihənin təməli qoyuldu.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu yol təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyə hesablanmayıb. Bu layihə həm də orta dəhlizin əsas tərkib hissəsi hesab edilir. Bu yol vasitəsilə şərq və qərb arasında yükdaşımalar asanlaşacaq.
Ermənistan özünü bu cür layihələrdən kənarda saxlamaqla, dolayısı ilə gələcəkdəki istəklərinin də qarşısını bloklamış oldu. Ekspert hesab edir ki, ermənistanın bu layihəyə qoşulmaq istəyi gələcəkdə onlar üçün daha çətin ola bilər.
Qeyd edək ki, Araz çayı üzərində istifadəyə veriləcək məntəqədən gün ərzində ən azı 1100 yük-nəqliyyat vasitəsi keçə biləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












