Zəngəzur dəhlizinə aparan yolun təmirindən SON GÖRÜNTÜLƏR - VİDEO

Yollar, tunellər çəkilir... Qovşaqlar, keçidlər qurulur... Bura Zəngəzur dəhlizinə aparan yoldur.
Avtosfer.az xəbər verir ki, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Cənubi Qafqazı logistika qovşağına çevriləcək. Hətta bu layihə daha genişmiqyaslı inteqrasiyanı nəzərdə tutur.
2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduqları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat əlaqələrinin qurulmasına mühüm töhfə verəcək.
Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov bildirib ki, yolun ümumi uzunluğu 123,6 kilometrdir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi isə mərhələli şəkildə aparılır. Birinci mərhələsi Horadiz-Yuxarı Mərcanlı-Şükürbəyli-Soltanlını, ikinci mərhələ isə Soltanlı-Qumlaq-Həkəri-Mincivan stansiyalarını əhatə edir. Üçüncü mərhələ üzrə də işlər aktiv şəkildə davam etdirilir.
O da qeyd olunub ki, layihənin yekun tamamlanma tarixi bir sıra texniki və təşkilati amillərdən asılıdır. Bu səbəbdən dəqiq tarix müəyyən edilməyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












