130 minlik dələduzluq edən şəxs MƏHKƏMƏ QARŞISINDA

Külli miqdarda dələduzluqla ittiham olunan Sərraf Əliheydər oğlu Əliyevin məhkəməsinin növbəti iclası keçirilib.
Avtosfer.az “Bizim.Media”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid Razim Fərəcov ifadə verib.
Şahid ifadəsində bildirib ki, bu hadisələr baş verən zaman malların daşınması prosesində iştirak edib:
"Mən anbardan məhsulların daşınması prosesini həyata keçirirdim. Müdirim Arif Məmmədovun əmri ilə çalışırdım. Biz Sərraf Əliyevin anbarına maska daşınmasını həyata keçirirdik. Malları daşıyandan sonra müdirim öyrəndi ki, Sərraf maskaları bazar dəyərindən ucuz qiymətə satır və bizə ziyan vurur. Mən malın dəqiq dəyərini bilmirəm. Amma mənə deyildi ki, “get maskaları geri gətir”. Mən də onun anbarına apardığım malları öz anbarımıza geri daşıdım. Hamısı sənədlərdə qeyd olunmuşdu deyə, qiymətləri dəqiq xatırlamıram".
Məhkəmə prosesində zərərçəkmişlərin şahidləri iştirak etməyib. Onların iştirakının təmin edilməsi üçün məhkəmə tərəfindən vaxt verilib.
Bu səbəbə görə iclas 15 oktyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, Sərraf Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq- külli miqdarda törədildikdə) ilə təqsirləndirilib. Onu zərərçəkmişlərə vurduğu ümumi ziyanın dəyərinin 130 min manata yaxın olduğu iddia olunub. Təqdirləndirilən şəxs ziyanı ödəməkdən imtina edib.
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Bakıda şok olay: Ərinin xəyanətini öyrəndi, maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Marketin qarşısında dayanan şəxsi avtomobil vurdu
Balkondan düşmək üzrə olan uşağı belə xilas etdi - VİDEO










