14 gündür yoxa çıxan tələbənin ailəsi ÜSYAN EDİR - Axtarış üçün kanalı bağlamırlar

Siyəzəndə sentyabr ayının 6-dan itkin düşən rayon sakini 22 yaşlı Mahmud Məlikovun axtarışları davam edir. Avtosfer.az Referans.az-a istinadən xəbər verir ki, bu barədə danışan gəncin atası Kamal Məlikov axtarışların heç bir nəticə vermədiyini bildirir. Ailə artıq 14 gündür axtarılan gəncin Samur - Abşeron kanalında boğulduğunu iddia edir. Sözügedən kanalın tunelində axtarışların aparılması üçün suyun həcminin aşağı düşürülməsi istiqamətində bu müddət ərzində aidiyyatı orqanlar nəsə edə bilməyiblər. Gəncin tuneldə ilişib qalmasından şübhələnən ailə pərişandır.
Gəncin iki nəfər tərəfindən Xırdalanda görüldüyünə dair şübhələr də var.
Qeyd edək ki, itkin düşən gənc namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.
Ata iddia edib ki, oğlu qumarda uduzub və sonuncu dəfə borclarını bağlamaqçün ona 520 manat pul göndərib.
Qeyd edək ki, Mahmud Məlikov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsidir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












