143 milyonluq yeyinti ilə bağlı məhkəmədə bu gün nə olub?

Müdafiə Nazirliyində 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və qoşunların maliyyə-xidmət rəislərinin növbəti məhkəməsi keçirilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində davam edən bugünkü iclasda yenə müdafiə tərəfinin vəsatətləri müzakirə edilib.
Bundan əvvəl isə bu gün şahid qismində təkrar dindirilməli olan polkovnik Rafail Xələfovun məhkəməyə gələ bilmədiyi elan edilib. Xələfov vəkili vasitəsilə göndərdiyi ərizəsində bir neçə gün əvvəl koronavirusa yoluxduğunu yazıb. Bunu təsdiq edən həkim rəyi də sənədə əlavə edilib. O, sağaldıqdan dərhal sonra hakim qarşısına çıxacaq.
Məlumat üçün bir daha xatırladaq ki, Rəfail Xələfov cinayət baş verən dövrdə Nizami Məmmədovun rəisi olduğu Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi işləyib, 143 milyonluq yeyintiyə görə 19 ay həbsdə olub. Sonradan onun qətimkan tədbiri dəyişdirilərək azadlığa buraxılıb. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı davam edir.
Nizami Məmmədov və birgə ittiham olunduğu zabitlər Xələfovun ifadəsini ziddiyyətli hesab edir, onun dedikləri ilə razılaşmırlar. Bu əsasla məhkəmə onun təkrar dindirilməsinə qərar verib.
Prosesin davamında təqsirləndirilən polkovnik Cəlal Kazımov çıxış edərək Ali Hərbi Məktəbdə onun adına yazılmış 423 min 109 manat yeyinti ilə razılaşmadığını deyib. Polkovnik bu məsələnin kökünə enmək üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini istəyib. Onun vəkili də əlavə edib ki, 2017-2018-ci illərdə Ali Hərbi Məktəbin büdcəsində göstərilən qədər kənarlaşma olmayıb.
Sədrlik edən hakim Fikrət Əliyev vəsatəti qismən təmin edib. Qismən ona görə ki, eksperiza keçiriləcək, amma Calal Kazımov özü iştirak etməyəcək. Onun bu istəyi əsaslı sayılmayıb.
General Məmmədovun vəkilinin eyni cinayətə görə başqa icraatda mühakimə edilən polkovnik-leytenant Rəşad Məlikzadənin şahid kimi təkrar dindirilməsi vəsatəti isə rədd edilib. Məhkəmə belə qənaətə gəlib ki, onun yenidən dindirilməsi iş üçün əhəmiyyət kəsb etməyəcək.
Proses gələn həftə davam edəcək.
Qeyd edək ki, DTX 2022-ci ildə Müdafiə Nazirliyindəki qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri - polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Sumqayıtda yataqxanada yanğın - Sakinlər təxliyə edildi - VİDEO
Prospektdə yaşlı kişi yaxınlaşan maşını görə-görə yolu keçdi - VİDEO
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var - YENİLƏNİB
Tiktoker sürücü qırmızı işıqda maşından düşüb hoqqa verdi - VİDEO
Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI
Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib - Baş Prokurorluqdan təkzib
Bu küçələrdə piyadalar maşın yolunu səkiyə çevirib - ŞİKAYƏT - VİDEO
“Siz rayon ərazində vertolyotla gəzirsiz?” – Jurnalistdən İCRA BAŞÇISINA MESAJ - VİDEO
Bakıda yolda nəzarətsiz at görüntüləndi – Polis dərhal tədbir gördü - VİDEO
“Opel” çökmüş yola düşdü: Xaçmazda hadisə - VİDEO
İcra başçısı Adil Əliyevin köməkçisi öldü - FOTO








