18 kiloqramdan artıq qızılın gömrükdən qanunsuz keçirilməsinin qarşısı alındı - FOTO

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları (bir ailənin üç üzvü) "yaşıl kanal" vasitəsilə hava limanını tərk edərkən əl yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunublar. Gömrük baxışı zamanı, ailə başçısına məxsus iki ədəd çemodan və bir ədəd bel çantasından gömrük orqanlarına bəyan edilməyən, xalis çəkisi 18 kiloqram 97 qram olan qızıl-zinət əşyaları aşkar edilib.
İlkin araşdırma zamanı məlum olub ki, maddi təminat qarşılığında bir ailəni külli miqdarda qızıl-zinət əşyalarını ölkəmizin gömrük sərhədindən qanunsuz keçirməyə sövq ediblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
















