190 minlik qızıl qaçaqmalçılığında təqsirləndirilən gömrükçülərin cinayət işi

Qızıl külçə qaçaqmalçılığında təqsirləndirilən təqsirləndirilən Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyevin cinayət işi üzrə məhkəməsi başlayıb.
Avtosfer.az-ın "Unikal"ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Əli İbrahimovun müdafiəçisi "Mirzəyev və partnyorları" bürosunun vəkili Şaiq Mirzəyev vəsatət qaldıraraq müvəkkilinin səhhətində problemin olduğunu və onun beynində şişlərin tapıldığını bildirib:
"Müdafiə etdiyim şəxs ll qrup əlildir. Onun müalicəsi üçün lazım olan dərmanlar var ki, vaxtı-vaxtında qəbul etməlidir, yoxsa bu şişlərin ciddi xərçəng xəstəliyinə çevrilə bilər. Eyni zamanda, müdafiə etdiyim şəxsin 2 tələbə qızı var ki, onların da taleyi Əli İbrahimovdan asılıdır. Bütün bu amillərin nəzərə alaraq Əli İbrahimov haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı qərar verməyinizi xahiş edirəm".
Digər təqsirləndirilən şəxslərin vəkilləri də vəsatət qaldıraraq müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı əvəz edilməsini istəyiblər.
Dövlət ittihamçısı Elgin Qafarov çıxış edərək işin baxışa verilməsini və təqsirləndirilən şəxslər barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını məhkəməyə təklif edib.
Məhkəmə qısa müşavirədən sonra vəkillərin qaldırdıqları vəsatətləri təmin etməyib və işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası oktyabrın 3-bə təyin edilib.
Qeyd edək ki, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Dursunəliyev Pərvin Dursunəli oğlu ilə həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mehdiyev Mənsur İlham oğlunun tanışları İbrahimov Əli Qüdrət oğlu ilə əlbir olaraq 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən Əli İbrahimov tərəfindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməkdə şübhəli biliniblər. Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












