508 nömrəli avtobusda nasazlıq: Sərnişinlər yolda düşürüldülər

Saray qəsəbəsi - "20 Yanvar" metro stansiyası marşrutu üzrə hərəkət edən 508 nömrəli avtobusda problem yaşanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Avtobusun hərəkət zamanı nasazlıq səbəbindən dayandığı, sərnişinlərin isə nəqliyyat vasitəsindən düşürüldükləri bildirilib.
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva nəzərə çatdırıb ki, ötən gün saat 07:43-də "BakuBus" MMC-nin istismarında olan 508 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində qısa müddətli texniki nasazlıq qeydə alınıb.
Açıqlamada qeyd olunub ki, Bakı-Sumqayıt yolu istiqamətində hərəkətdə olan avtobusun sürücüsü dərhal "BakuBus" MMC-nin Monitorinq Mərkəzinə xəbər verib:
"Mərkəzdən ötürülən müvafiq təlimatlara əsasən nasazlıq operativ şəkildə aradan qaldırılıb. Nəticədə avtobus saat 07:50-də marşrut üzrə hərəkətini davam etdirib.
Baş vermiş halın sərnişinlər üçün yaratdığı müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik".
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












