6 yaşlı qız anasının qucağında oturub avtomobil sürdü – Polis uşağı …

Rusiyanın paytaxtında məhkəmə icraçıları avtomobil idarə edən altı yaşlı qızı xilas ediblər.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, icraçılar yol boyu kəskin manevr edən və vaxtaşırı bordürə dəyən “Ford Fiesta” markalı avtomobil görüblər.
Məlum olub ki, maşını qadının qucağında oturan uşaq idarə edib. Eyni zamanda qadın özü də kresloda arxaya söykənib və baş verənlərə heç bir reaksiya verməyib.
FMİX-nin (Federal Məhkəmə İcraçıları Xidməti) Moskva üzrə baş idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə icraçıları nəqliyyatın hərəkətinin çox olduğu sıx kəsişməyə daxil olmamışdan əvvəl maşını saxlamağa nail olublar.
Hadisə yerinə gələn polis və qəyyumluq əməkdaşları uşağı apararaq, qızı atasına təhvil veriblər. Qeyd edilir ki, məhkəmə əvvəllər uşağı böyütməli olan ata olduğuna qərar verib, lakin ana qızının yerini ondan gizlədib.
Namiq Musayev
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












