63 yaşlı şöbə müdirinin qadın tələbəni avtomobildə öldürməsinin - Təfərrüatı

Ötən ilin dekabrında Abşeron rayonu ərazisində öldürülən 1994-cü il təvəllüdlü Nailə Quliyevanın (ad-soyad şərtidir) qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cinayətdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Sabir Məmmədov (ad-soyad şərtidir) 10 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisəsi isə şəxsi münasibətlər zəminində baş verib.
Belə ki, 63 yaşlı Sabir Məmmədov Şamaxıda fəaliyyət göstərən kolleclərdən birində şöbə müdiri olub. Qətlə yetirilən Nailə isə həmin kollecin tələbəsi olub.
Təqsirləndirilən şəxsin məhkəmədə ifadəsinə görə, onların arasında münasibət olub və Nailə Quliyeva bundan sui-istifadə edib. S.Məmmədovun iddiasına görə, Nailə onu münasibətdə olarkən çəkdiyi foto ilə şantaj edib və bu, davamlı hal alıb. Təqsirləndirilən şəxs bildirib ki, o, bu şantaj nəticəsində hətta çalışdığı kollecdən də istefa vermək məcburiyyətində qalıb.
Hadisə günü isə S.Məmmədov şəxsi avtomobili ilə Abşeron rayonu ərazisində hərəkətdə olarkən Nailə onu öz maşını ilə təqib edib. Bu zaman qadın S.Məmmədovun avtomobilinə arxadan öz maşını ilə bir neçə dəfə zərbə endirib. Daha sonra avtomobili saxlayıb Nailə Quliyevaya yaxınlaşan şöbə müdiri, çalışdığı kollecin tələbəsini boğaraq qətlə yetirib. S.Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.
O, daha sonra polisə zəng edərək adam öldürməsi barədə məlumat verib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












